İsrail Prezidenti İsxak Hersoq ölkəsi ilə Türkiyə arasında diplomatik münasibətlərin normallaşdırılması prosesinin yüksək səviyyəyə çatmasından məmnunluğunu ifadə edib.
Teleqraf.com xəbər verir ki, İsrailin dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Prezident İsxak Hersoq sülh içində bir arada yaşamağın mümkünlüyünü və vacibliyini vurğulayıb.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərarın qəbul edildiyini bildirib.