22 Avqust 2022 01:09
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı siyasi ideoloq Aleksey Duqinin qızı Darya Duqinanın həlak olması ilə nəticələnən teraktın məsuliyyətini Rusiya Milli Respublika Ordusu (MRO) adlı qrup öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Yutub sosial şəbəkəsindəki “Utro fevralya” kanalı məlumat yayıb.

Bildirilib ki, son aylar Rusiyadakı yanğınları da “Rusiya partizanları” törədib.

Videoda Darya Duqinanın Ukraynadakı qətliamlara haqq qazandırdığını əks etdirən çıxışlarına yer verilib.

Aparıcı İlya Ponomaryov MRO ilə əlaqə saxladığını bildirib və onlar Rospartizanların Manifestinin oxunması üçün aparıcıya "səlahiyyət" veriblər.

“Biz, rusiyalı fəallar, hərbçilər və siyasətçilər, hazırkı Milli Respublika Ordusunun partizanları və döyüşçüləri, Rusiya xalqlarının müharibəsini qızışdıranları, soyğunçuları və zalımları qanunsuz hesab edirik” sözləri ilə başlayan bəyanatda Putin hərbi cinayətkar adlandırılır, onun slavyan xalqları arasında qardaş qırğını saldığı deyilir...

"Putini devirəcək və məhv edəcəyik! Hədəfimiz - Rusiyanın və onun qonşularının məhvinə son qoyulması, xalqımızın sərvətini sümürən, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml işbazının fəaliyyətini dayandırmaqdır.

Dünya Rusiyaya düşmən deyil, Rusiya da insanlığın düşməni deyil və biz bunu sübut edəcəyik”, - Manifestdə vurğulanır.

Rus əsgərlərini Suriyada, Gürcüstanda və digər ölkələrdə insanlara atəş açmamağa çağıran Manifestdə qeyd edilir ki, biz Rusiyadakı bütün xalqlara azadlıq verəcəyik və yeni cəmiyyət quracağıq – oliqarxsız, korrupsiyasız, məmur özbaşınalığı olmayan bir cəmiyyət.

İ.Ponomaryov Milli Respublika Ordusunun fəaliyyətini dəstəklədiyini də bildirib və bütün rusiyalıları MRO-ya dəstəyə çağırıb.

Efirə MRO-nun partizanı da çıxıb. Üzü bağlı olan partizan Putinə qarşı fikirlər səsləndirib və deyib ki, 20 illik diktaturaya son qoymağın vaxtıdır.

Daha ətraflı videoda:


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər