Ukraynada müharibə artıq başa çatıb və Ukrayna qalib gəlib. Amma hələ ki, bütün işğal olunmuş əraziləri azad etmək mümkün olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı ekstrasens Maks Qordeyev deyib.
“Bəzi şəhərlər azad ediləcək, bəziləri isə yox. Artıq müharibənin enerjisi bəzi şəhərlər üçün başa çatıb. İndi mərhələli bir vəziyyətə keçid başlayır. Bu mərhələlərdən birində kimsə gəlib deyəcək ki, budur, müharibə bitdi. İndi hiss edirəm ki, biz tam qalib gələcəyik”, – Qordeyev bildirib.
Ekstrasensin sözlərinə görə, Xerson azad edilən ilk bölgə olacaq:
“Əslində, Xerson işğaldan çıxarılan ilk şəhərlərdən biri olacaq. Bu, artıq məni sevindirmir, çünki enerji baxımından onun işğaldan azad edilməsini çoxdan görmüşəm. Arxadakı itkiləri düşməni şoka salacaq”.
Qordeyev iddia edir ki, rusların əsas məqsədi Ukraynanın ruhunu sındırmaqdır, buna görə də ukraynalıları qorxudurlar.