24 Avqust 2022 16:32
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailand Konstitusiya Məhkəməsi Baş nazir Prayut Çan-oçanı səlahiyyət müddətinin məhdudlaşdırılması ilə bağlı hüquqi araşdırmanın nəticələri bəlli olana qədər vəzifəsindən kənarlaşdırıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ildə Tailandda baş verən hərbi çevrilişdən sonra baş nazir postunu tutan və üç illik səlahiyyət müddəti başa çatmasına baxmayaraq, hakimiyyətdən getməyən Prayut Çan-oçaya ölkədə etirazlar var.

Etirazlar davam etdiyi vaxtda Tailand Konstitusiya Məhkəməsi səlahiyyət müddətinin məhdudlaşdırılması ilə bağlı hüquqi araşdırmanın nəticələri bəlli olana qədər baş naziri vəzifəsindən kənarlaşdırıb.

Baş nazirin müavini Vissan Krea-nqam mətbuata açıqlamasında bildirib ki, müxalifət partiyalarının Baş nazir Çan-oçanın istefası tələbləri Konstitusiya Məhkəməsində nəzərdən keçirilir və yaxın günlərdə qərara aydınlıq gətiriləcək. Krea-nqam həmçinin deyib ki, Konstitusiya Məhkəməsi Çan-oçanın istefası barədə qərar versə belə, müavini Pravit Vonqsuvon müvəqqəti baş nazir vəzifəsini tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər