25 Avqust 2022 10:40
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Ukraynanın işğal edilmiş Donbas bölgəsinin 19 mindən çox sakini Rostov vilayətində Rusiya ilə sərhədi keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Son 24 saat ərzində 19 mindən çox vətəndaş Rostov vilayətində yerləşən keçid məntəqələri vasitəsilə Rusiyaya daxil olmaq üçün sərhədi keçib”, - məlumatda deyilir.

Donbasda vəziyyət fevralda gərginləşib. Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk respublikalarının “müstəqilliyini” tanıyıb. Üç gün sonra isə Rusiya Silahlı Qüvvələri Ukraynada irimiqyaslı işğalçı əməliyyata başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu