25 Avqust 2022 13:49
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Villa de Ramos bölgəsində baş verən qeyri-adi hadisə ölkə gündəminə çevrilib və səhiyyə sistemi ilə bağlı müzakirələrə səbəb olub. Camila Roksana Martinez Mendoza adlı 3 yaşlı qız avqustun 17-də qarın ağrısı, yüksək hərarət və qusma səbəbilə xəstəxanaya aparılıb.

Teleqraf.com xəbər verir ki, Camila San Luis Potosi əyalətindəki dövlət xəstəxanasına çatdırılıb, orada temperaturu aşağı salmaq üçün tibbi tədbirlər görülüb və parasetamol resepti ilə xəstəxanadan buraxılıb.

Verilən dərmanlara baxmayaraq onun vəziyyəti getdikcə pisləşib. Uşaq qusmağa davam etdiyi üçün yenidən xəstəxanaya aparılıb və burada vəfat edib.

Anası Mari Jane bildirib ki, xəstəxanada uşaq onu qucaqlayırmış: “Amma onu qucağımdan aldılar, sonradan bildim ki, ölüb”.

Qızını dəfn mərasimində görən ana mərasim zamanı Camilanın içində olduğu şüşə tabutun səthinin dumanlandığını müşahidə edib.

Mərasimin iştirakçıları pərişan ananı tabutu açmaqdan çəkindiriblər. Bu vaxt Camilanın nənəsi nəvəsinin gözlərinin tərpəndiyini də görüb.

Tabutu açılanda nəbzinin vurduğu aşkarlanan balaca uşaq təcili xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq qız ikinci dəfə dünyasını dəyişib.

Ştatın baş prokuroru Xose Luis Ruiz araşdırmaya başlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər