Fransalı deputat Fransua Asselino Prezident Emmanuel Makronu türk həmkarı Rəcəb Tayyib Ərdoğanla müqayisə edib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə hesabında səkkiz fotoşəkildən ibarət görüntü paylaşan Asselinonun kollajında Ərdoğanın rəsmi görüşləri və Makronun tətil fotoları yer alıb.
Deputat Fransa prezidentinin Ərdoğanın asanlıqla görüşdüyü liderlərin qəbuluna çətinliklə düşdüyünü bildirib:
“Makron hazırda dünyanın hər yerində dövlət başçıları tərəfindən qəbul olunmaqda və görüşlərə dəvət olunmaqda böyük çətinliklə üzləşir. O, çox yalançı və səriştəsiz liderdir”.