26 Avqust 2022 09:59
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dünən Suriyadakı ABŞ bazalarına raket hücumundan sonra İranın dəstəklədiyi qruplara qarşı hava hücumu təşkil edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücum faktını təsdiqləyib.

“Dünən gecə Suriyanın şimal-şərqindəki bazalarımıza raket hücumlarından sonra CENTCOM qüvvələri bölgədəki İranın dəstəklədiyi silahlılara AH-64 Apache helikopterləri, AC-130 silahlı helikopterləri və M777 artilleriya ilə zərbələr endirib. Bu hücumlar nəticəsində düşmənin 4 canlı qüvvəsi və 7 yaylım atəşi sistemi məhv edilib”, - ABŞ Mərkəzi Komandanlığının açıqlamasında deyilir.

Qeyd edək ki, dünən axşam saatlarında Suriyanın şimal-şərqindəki Deyr əz-Zorda ABŞ-ın Yeşilköy və Konoko bazalarına raket hücumu olub.

CENTCOM hücumda ABŞ əsgərlərinin yüngül yaralandığını və hadisəyə görə bölgədəki İranın dəstəklədiyi qrupların məsuliyyət daşıdığını açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər