“Son beş gündə Rusiyanın Donetsk istiqamətində hücumlarının intensivliyində artım qeydə alınıb. Bununla belə, təcavüzkar yeni ərazilər əldə etməyib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının gündəlik hesabatında deyilir.
"Donetskdən şimalda Siversk və Baxmut şəhərləri ərazisində şiddətli döyüşlər gedir. Rusiyayönlü silahlılar Donetsk hava limanından çox da uzaq olmayan Piski kəndinin mərkəzinə doğru müəyyən irəliləyiş əldə ediblər", - deyə məlumatda bildirilir.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusu Ukraynanın genişmiqyaslı əks-hücum planlaşdırması ilə bağlı fərziyyələr fonunda Donbasda səylərini artırır.