Ukrayna prezidenti Vladimir Zelenski ölkənin təhlükəsizlik və müdafiə sektorunun nümayəndələri ilə gizli görüş keçirib.
Teleqraf.com xəbər verir ki, iclasda Ukrayna qoşunlarının, kəşfiyyat orqanlarının rəhbərləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbər şəxsləri iştirak ediblər .
Görüş zamanı qoşunların ehtiyacları və ölkənin tərəfdaşları ilə koordinasiya müzakirə edilib. Bundan başqa, Ukrayna prezidentinin ilkin sərəncamlarının icrası da nəzərdən keçirilib.