30 Avqust 2022 12:53
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Çin və Suriya hərbçiləri ilə birgə təlim keçirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Şərq 2022” təliminin 1-7 sentyabr tarixlərində 50 mindən çox əsgərin iştirakı ilə keçiriləcəyi bildirilib. Təlimdə Çin ordusu ilə yanaşı, Suriya əsgərləri də iştirak edəcək.

Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada “Şərq 2022” təliminin 1-7 sentyabr tarixlərində Rusiyanın Uzaq Şərq regionu və Yapon dənizi yaxınlığında keçiriləcəyini bildirib. Açıqlamaya görə, təlimə 50 mindən çox əsgər, 140 döyüş təyyarəsi və 60 döyüş gəmisi qatılacaq. Təlimdə Çin ordusu ilə yanaşı, Suriya, Hindistan, Laos və Monqolustan əsgərləri ilə birlikdə ən müasir raket sistemlərindən də istifadə olunacaq.

Rusiya xarici işlər nazirinin müavini Aleksandir Fomin təlimin sırf müdafiə məqsədi daşıdığını və heç bir ölkəni hədəf almadığını bildirib.

Çin hərbçilərinin təlimə hazırlıq üçün Rusiyaya çatdığı bildirilsə də, təlim Rusiya ilə Çin arasında hərbi sahədə sürətlə artan əməkdaşlığın son həlqəsi kimi dəyərləndirilir. Ukraynada müharibəni davam etdirən Rusiya bu ayın əvvəlində Tayvan böhranı səbəbindən ABŞ-la üzləşən Çini dəstəkləyib.


Müəllif: Nemət

Oxşar xəbərlər