İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məhsuludur.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor Məsud Cazairi açıqlama verib. Onun sözlərinə görə, bununla bağlı əllərində lazimi sənədlər var: “Vasinqton guya İŞİD-ə qarşı mübarizə aparır. Əlimizdə bunun ABŞ tərəfindən yaradılması ilə bağlı sübutlar var”.
Cazairi İranın İŞİD ilə mübarizə mövzusuna da toxunub: “İran İraqda terrorizmin kökünü kəsmək üçün Şam hökuməti və xalqına qarşı hümanitar öhdəlikləri çərçivəsində bütün köməkliklərini göstərəcək”.
Qeyd edək ki, rəsmi Tehran sentyabr ayının ortalarında Vaşinqtonun İŞİD-ə qarşı mübarizə üçün mümkün əməkdaşlıq təklifini rədd edib.
Samir