Kuba inqilabının liderlərindən biri Ernesto Çe Gevaranın oğlu Kamilo Gevara 60 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, Kamilo Gevaranın Venesuelaya səfəri zamanı insultdan öldüyü açıqlanıb.
55 il əvvəl atası Boliviyada öldürüləndə Camilo Gevaranın dörd yaşı olub. O, həyatını Çe Gevaranın irsini qorumaq üçün Çe Mərkəzinə həsr etmişdi.
Kuba dövlət başçısı Migel Diaz-Kanel Kamilonun ölümü ilə bağlı açıqlama verib:
“Atasının qeyri-adi irsini qoruyub saxlayan Çe Mərkəzinin direktoru olaraq, Çenin oğlu və ideyalarının tərəfdarı olan Kamilonu dərin hüznlə yola salırıq. Anası Aleidaya, həyat yoldaşına və qızlarına və bütün Gevara ailəsinə böyük sevgilər”.