Rusiya ordusunun Ukraynanın Mariupol şəhərinə hücumu zamanı dağıntıya məruz qalmış türk “Qanuni Süleyman və Xürrəm” məscidi bərpa edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov məlumat verib.
“Döyüşlər zamanı məscidə müəyyən ziyan dəyib. Bununla əlaqədar, “Axmat Hacı Kadırov” Fond onun bərpasına xeyli vəsait ayırıb. İşin tam sürətlə getdiyini bilmək xoşdur”, - Çeçenistan rəhbəri bildirib.
Onun sözlərinə görə, yenidənqurma işlərinin gedişini Dövlət Dumasının deputatı Adam Delimxanov Mariupola səfəri zamanı yoxlayıb.