Çinin Tayvanın Kinmen adasındakı hərbi obyektlər üzərində qanunsuz uçuşları davam etdiyi vaxtda Tayvan ordusu naməlum dronun hava məkanına daxil olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kinmen Müdafiə Komandanlığının lazımi xəbərdarlığından sonra pilotsuz uçan aparatın vurulduğu bildirilib.
Komandanlıqdan verilən açıqlamada gələcəkdə də Çin PUA-larına qarşı sayıqlığın davam edəcəyi deyilib.
Tayvan ordusu bütün xəbərdarlıqlarına baxmayaraq, avqustun 30-da Çin PUA-sının Erdan adası üzərində uçuşunu davam etdirməsindən sonra ilk dəfə Çin dronuna xəbərdarlıq atəşi açdığını bəyan edib.
Tayvan hökumətinə görə, Çin son vaxtlar ada üzərində kəşfiyyat uçuşlarını artırıb.