3 Sentyabr 2022 11:41
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ilk erməni əsilli mahal valisi Bərk Acar həftənin əvvəlində Dənizlinin Babadağ mahalında vəzifəsinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Babadağ mahalı 1995-ci il təvəllüdlü valinin ilk vəzifə yeridir.

1995-ci ildə İstanbulda anadan olan Bərk Acar ibtidai təhsilini Saakyan Nunyan adına erməni məktəbində alıb. Orta məktəbi isə İşıq Liseyində bitirib. İstanbul Bilgi Universitetinin Hüquq fakültəsininin məzunudur.

Ali məktəbi bitirdikdən sonra bir müddət hüquq bürosunda işləyib. 2021-ci ildə mahal valililiyi üzrə müsahibələrə qatılan erməni gənc adını namizədlər sırasına yazdırıb. Hatay, Afyon və Çanaqqalada təcrübə keçən Acar bu ilin avqustunda Adəm Karataşın yerinə Dənizlinin Babadağ mahalına vali təyin edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər