4 Sentyabr 2022 19:53
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu gün səfirlik fəaliyyətini başa vuraraq Moskvanı tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin bəyanatında qeyd olunub.

“Səfir Sullivan 2019-cu ildə təyin edilib. Onun dövlət qulluğunda təxminən qırx illik karyerası var. O, ABŞ dövlət katibinin müavini də daxil olmaqla, beş ABŞ prezidentinin rəhbərliyi altında çalışıb. Ədliyyə, Müdafiə və Ticarət Departamentlərində rəhbər vəzifələrdə çalışıb".

Növbəti səfir gələnə qədər Sallivanın səlahiyyətlərini ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Elizabet Rudd icra edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər