4 Sentyabr 2022 23:12
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü yerli təhlükəsizlik xidmətinə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət 4000-dən çox yaşayış binasının da dağılmasına səbəb olub.

Al Hadath telekanalı daha əvvəl bildirmişdi ki, Sudanın paytaxtı Xartumdakı beynəlxalq hava limanı hava şəraiti ilə əlaqədar bazar günü səhər öz işini qismən dayandırmaq məcburiyyətində qalıb.

Ötən il daşqınlar 80 nəfərin həyatına son qoyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər