Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizədlik üçün hazır olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, CHP lideri hər şeyin “Altılıq” blokunda təmsil olunan siyasi liderlərin uzlaşmasından asılı olduğunu deyib.
“Oturub müzakirə edəcəyik, mən sözümü tutan adamam. “Altılıq” liderləri oturacaq, müzakirə edəcək və müəyyənləşdirəcək. Əgər “Altılıq” namizədlik üçün məni dəstəkləsə, mən hazıram”, - partiya sədri bildirib.
Kılıçdaroğlu “Mənsur Yavaş və Əkrəm İmamoğlu namizədlik yarışının içindədirmi?” sualına belə cavab verib:
“Bunlar heç vaxt müzakirə olunmayıb. Öz vəzifələrində kifayət qədər uğurludurlar”.
Türkiyədə prezident seçkiləri gələn il keçiriləcək.