5 Sentyabr 2022 16:55
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri müvəqqəti işğal altında olan Kamenka-Dniprovskayada (Zaporojye vilayətinin Vasilevski rayonu) xüsusi əməliyyat keçirib. Nəticədə işğalçıların dayaq kimi istifadə etdikləri bir sıra obyektlər dağıdılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı (GUR) məlumat yayıb.

“Psevdoreferendum üçün bülletenlərin saxlandığı yer dağıdılıb. Eyni zamanda binanın içərisindən partlayış nəticəsində anbar partladılıb. Mövcud olan bütün çap materialları, seçki bülletenlərinin bazası və Rusiya FSB-nin seçki bülletenləri anbarını mühafizə edən bölməsi məhv edilib. Ölən və yaralananların sayı dəqiqləşdirilir. Sağ qalanlar və yaralılar təcili olaraq işğal olunmuş Krım istiqamətində təxliyə olunurlar”, - deyə GUR-da qeyd olunub.

Kəşfiyyatın məlumatına görə, işğalçılar səhər saat 7:00-dan şəhərdə ciddi komendant saatı tətbiq ediblər. Şəhərin üstündə hərbi helikopterlər görünür.

Xüsusi əməliyyat nəticəsində mülki əhali xəsarət almayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər