6 Sentyabr 2022 16:45
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün adı müxalifətin “Altılıq” blokunun namizədi kimi hallanmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, blokda yer alan Səadət partiyasının sədri Təməl Karamollaoğlu dünən Gülün namizədliyinə “yaşıl işıq” yandıran açıqlama verib.

Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da öz açıqlamasında buna eyham vurub: “Hər kəsin namizəd olmaq hüququ var. Təbii ki, cənab Gülün də”.

Sabiq prezident bir neçə gündür mediada dolaşan bu iddia ilə bağlı açıqlama verib.

Abdullah Gülün ofisindən verilən açıqlamada belə deyilib:

“Qarşıdan gələn prezident seçkiləri ilə bağlı mediada 11-ci prezident cənab Abdullah Gülə aid edilən iddiaların hamısı əsassızdır”.

Türkiyədə prezident seçkiləri gələn ilə keçiriləcək. Artıq Cümhur İttifaqı (AKP və MHP) seçkilərdə namizədinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər