Ukrayna Silahlı Qüvvələri ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini geri alıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.
Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır.
"Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və onların artıq tamamilə Ukraynanın yurisdiksiyasındakı torpaqlar kimi elan olunması üçün təxmini vaxt var. Buna görə də bir az da gözləyək, rəsmi hesabat hazırlayırıq”, - Qumenyuk bildirib.
Qumenyukun sözlərinə görə, Rusiya hərbçiləri arxada minalanmış ərazilər və obyektlər qoyurlar.