8 Sentyabr 2022 00:26
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Mühafizəkarlar Partiyasının yeni lideri və baş nazir seçilən Liz Trassa dünən Böyük Britaniya Kraliçası II Elizabet tərəfindən yeni hökuməti qurmaq vəzifəsi verilib.

Teleqraf.com xəbər verir ki, Marqaret Tetçer və Tereza Meydən sonra Britaniyanın üçüncü qadın baş naziri olan Liz Trass həmcinsi Tereza Koffinin yeni səhiyyə naziri və baş nazirin müavini olduğunu açıqlayıb.

Trassın yaxın dostu olan 50 yaşlı Koffi Britaniyada pivə, musiqi və futbol həvəskarı kimi tanınır.

Mühafizəkarlar Partiyasının radikal üzvü katolik Koffi ənənəvi evliliyin qatı müdafiəçisidir, aborta isə qəti şəkildə qarşı çıxır.

Koffinin Pensiya və Əmək Nazirliyində işlədiyi müddətdə hazırladığı hesabatlarda əlil ölümlərini gizlətməsi ölkədə böyük əks-səda doğurub.

Onun sürətlə kökəlməsi, bir əlində siqar, digərində içki şüşəsi olan fotosu sosial şəbəkənin gündəminə düşüb. Görüntü Tereza Koffi və yeni baş naziri tənqidin mərkəzinə çəkib.

Pensiya və Əmək Nazirliyində işlədiyi dövrdə mühafizəkar və sərt mövqeyi ilə təpkiləri üzərinə çəkən Koffinin səhiyyə naziri təyin edilməsi etiraz yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər