Böyük Britaniya İŞİD-ə qarşı mübarizədə Fars körfəzi ölkələri ilə əməkdaşlıq etmək üçün Bəhreyndə hərbi baza qurur.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Teleqraf” qəzeti məlumat yayıb.
İki ölkə arasında əldə olunan razılaşmaya görə, britaniyalılar Bəhreyn ərazisində hərbi baza yaratmaq üçün ərazi əldə ediblər.