8 Sentyabr 2022 22:28
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya əhalisinin böyük əksəriyyəti Qərbin Rusiyanı dağıtmaq üçün apardığı “odioz kampaniya”ya qoşulmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

Onun iddiasına görə, dünyada Qərb dövlətlərinin təcavüzkar siyasəti ilə razılaşmayanların səsləri getdikcə daha çox eşidilir.

“Qlobal gəlişmələrlə bağlı Çin və Rusiyanın hesablamalarının yaxınlığı bir daha təsdiqləyir ki, dünya əhalisinin böyük əksəriyyəti Rusiyanın dağılması ilə bağlı Qərbin apardığı “odioz kampaniya”ya qoşulmayıb. Əksinə, Qərbin totalitar-liberal rejimlərinin aqressiv və kinli siyasəti ilə razılaşmayanların səsləri getdikcə daha çox eşidilir”, - Narışkin bildirib.

Rusiya xarici kəşfiyyat xidmətinin şefi dünyada baş verən qlobal transformasiyaların daha aydın dərk edilməyə başlanıldığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər