Böyük Britaniya kralı III Çarlz xalqa ilk televiziya müraciətini edib.
Teleqraf.com xəbər verir ki, o, müraciətində britaniyalılara sədaqət, hörmət və sevgi ilə xidmət edəcəyinə söz verib.
Kral bildirib ki, II Elizabetin ölümünə baxmayaraq, monarxiyanın dəyərləri sarsılmaz olaraq qalacaq. O, həmçinin ölkənin konstitusiya prinsiplərini qoruyacağını deyib.