10 Sentyabr 2022 09:56
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kadırov” Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

“Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rus qrupunu gücləndirmək üçün “Kadırovtsev” adlanan 1300 nəfərdən ibarət milli birlik gəlib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Xerson və Xarkov istiqamətində əks hücuma keçib. Sentyabrın 8-də Baş Qərargah Xarkov vilayətinin bir sıra kəndlərinin, eləcə də 6 ay ərzində Rusiya Federasiyasının nəzarətində olan Balaklea şəhərinin işğaldan azad edilməsi barədə məlumat yayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər