Ukrayna ordusu Xarkov əyalətinin Kazaçya Lopan qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Derqaçev Şəhər Şurasının feysbuk səhifəsində bildirilib.
Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Kazaçya Lopan qəsəbəsinin əhalisini təxliyə edib. Qəsəbədə Ukrayna bayrağı ucaldılıb.
Bundan əvvəl Derqaçevin meri Vyaçeslav Zadorenko Rusiya hərbçilərinin qəsəbəni boşaltmağa başladığı barədə məlumat verib.
"Bizdə olan məlumata görə, Rusiya hərbçiləri Kazaçya Lopandan Belqoroda qaçır, yerli əhalini təxliyə edirlər. Baş Qərargahdan rəsmi məlumat gözləyirik", - Zadorenko qeyd edib.