13 Sentyabr 2022 12:58
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində müdafiə zavodunun əməkdaşını dövlətə xəyanətə görə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.

Qeyd olunur ki, saxlanılan şəxs hərbi aviasiya texnikasının detallarının çertyojlarının fotoşəkillərini Ukraynaya ötürüb.

“Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaqla Ukraynaya məlumat ötürən Rusiya vətəndaşını dövlətə xəyanətdə təqsirli bilib”, - məlumatda deyilir.

Əlavə olunur ki, saxlanılan şəxs təyyarə zavodunun keyfiyyət direktoru vəzifəsində çalışıb:

“Tamamilə məxfi qeyd olunan texniki sənədlərə giriş əldə edən Moskva vilayətinin sakini mobil telefondan istifadə edərək hərbi aviasiya texnikasının detallarının çertyojlarının fraqmentlərini çəkib, sonra bu materialları Ukrayna vətəndaşına – Odessaya ötürüb”.

Saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 2-ci maddəsi ilə cinayət işi başlanıb, dövlətə xəyanətdə ittiham edilir və barəsində həbs qətimkan tədbiri seçildi.


Müəllif: Nemət

Oxşar xəbərlər