6 Dekabr 2014 23:23
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İraqda etdiyi qırğınlarla yadda qalan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının inanclarını yayan sələfi məscidinə alman polisi tərəfindən basqın olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, basqın cümə namazından sonra Bremendə sələfilər aid Furqan Mədəniyyət və Ailə Dərnəyinə aid məscidə edilib. Yüzlərlə polisin iştirakı ilə keçirilən əməliyyat nəticəsində dərnəyin fəaliyyətlərinə xitam verilib. Qadağa Bremen daxili işlər senatoru Ulrix Maurer tərəfindən İŞİD-in təbliği ilə bağlı səsləndirilən moizələr səbəbilə tətbiq edilib.

Polis ümumilikdə 57 nəəfrin saxlanıldığını bildirir. Qeyd eidlir ki, saxlanılanlar arasında 8 kişi, 7 qadın və 11 uşaq olub. Onlar müxtəlif vaxtlarda Suriya və İraqda İŞİD və Əl Nusra terror qruplaşmalarında iştirak ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər