Rusiya ordusu son 24 saatda Ukrayna ərazisinə 11 raket zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Düşmən beynəlxalq humanitar hüquq normalarını, qanun və müharibə prinsiplərini pozaraq yaşayış məntəqələrinə və mülki infrastruktur obyektlərinə hücum edir. Son sutka ərzində 30-dan çox yaşayış məntəqəsinin infrastrukturu hava və raket zərbələrinin hədəfi olub - xüsusilə, Konstantinovçi, Drujkovka, Kupyansk, Seversk, Nyu-York, Maryinka, Qulyaipol, Myrnı və Bolşoy Artakovo məntəqələri. Ukrayna ərazilərinə 11 raket zərbəsi, 15 hava zərbəsi, 96 raket artilleriyasından zərbələr endirib”, - mesajda deyilir.
Əlavə olunub ki, Novopavlovsk və Zaporojye istiqamətlərində aktiv əməliyyatlar aparılmır.