16 Sentyabr 2022 15:33
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın İnformasiya və Təhlükəsizlik Xidməti Rusiya Xarici Kəşfiyyat Xidmətinin ölkənin Xarici İşlər Nazirliyində adamı olduğunu üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiyanın “Denik N” nəşri bildirir.

Nəşrin məlumatına görə, hökumət təsdiqləyib ki, Çexiya Xarici İşlər Nazirliyinin rəsmisi Rusiya kəşfiyyatı ilə işləyib və ona məxfi məlumatları ötürüb.

Bir neçə il əvvəl əks-kəşfiyyat əməkdaşları rusların Çexiya Xarici İşlər Nazirliyində məxfi məlumat mənbəyinə malik olduğunu öyrəniblər. Sonra əks-kəşfiyyat məlumatları, o cümlədən məxfi məlumatları kimin sızdırdığını müəyyən edilib.

Əks-kəşfiyyat xidməti illər boyu bu işçini gizli şəkildə izləyib. Bu ilin birinci yarısında ölkə rəhbərliyinə məlumat verilib.

Mənbələrdən birinin dediyi kimi, Rusiya xüsusi xidmət orqanları məmuru işə cəlb edərək, onun qadına və pula olan ehtirasından istifadə edib.

“Denik N”in mənbələrinə görə, işçinin çox məxfi sənədlərə çıxışı olub. O, 20 ildən artıq nazirlikdə çalışıb: həm mərkəzi aparatda, həm də xaricdə.

Hazırda onun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi qeyri-müəyyəndir, çünki Çexiya qanunvericiliyinə görə, müşahidə polisin iştirakı olmadan yalnız xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirsə, toplanmış sübutlardan məhkəmədə istifadə etmək olmaz.

Bundan əvvəl məlum olub ki, Almaniya Federal İqtisadiyyat Nazirliyinin enerji təchizatı sahəsində əsas vəzifələrdə çalışan iki yüksək rütbəli məmuru Rusiyaya casusluqda şübhəli bilinir.


Müəllif: Nemət

Oxşar xəbərlər