17 Sentyabr 2022 15:35
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Co Bayden administrasiyası Rusiyanın təhlükəli reaksiyasına səbəb ola biləcəyindən ehtiyat edərək, Ukraynaya uzaqmənzilli raketlər verməkdən çəkinir.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.

Ukraynaya ATACM kimi uzaqmənzilli raketlər verməməyi tövsiyə edən Pentaqon rəsmiləri bu sistemlərin Rusiya ərazisindəki hədəflərə qarşı istifadə oluna biləcəyindən və onunla daha böyük müharibəyə səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.

Pentaqonun bəzi rəsmiləri isə bu fikrə qarşı olduqlarını söyləyiblər.

ABŞ hökuməti sentyabrın 15-də Ukraynaya artilleriya mərmiləri, minalar və yüksək dəqiqlikli mobil raket sistemləri də daxil olmaqla, 600 milyon dollarlıq hərbi yardım üçün daha bir böyük paket açıqlayıb. Amma yardıma indiyədək Ukraynaya verilən artilleriya və raket sistemlərindən daha uzaq mənzilə malik ATACM raketləri daxil deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər