Qaziantepdə tək qulaqlı doğulan 6 yaşlı Sude Aslanoğluya yeni qulaq düzəldilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı qabırğasından götürülən qığırdaqdan qulaq hazırlanıb.
Həkimin sözlərinə görə, dünyada hər 6 min uşaqdan bir nəfərdə “mikro qulaq” adlanan xəstəlik meydana gəlir və bir qulaq inkişafdan dayanır.
O, 6 yaşlı qızın yeni qulağının digərindən fərqlənmədiyini bildirib.
İLHAMƏ