Çinin cənubundakı Quyçjou əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 27 nəfər ölüb, 20 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə əyalətin Sandu-Şuy muxtar dairəsinin polisi məlumat verib.
Hadisə səhər saatlarında Quiyan şəhərindən Libo qraflığına gedən magistral yolda baş verib.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb edilib və yaralılar xəstəxanaya aparılıb.