Tayvanın şərqində 7,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.
Yaponiyanın Okinava prefekturasının Miyakojima, İşigaki və Yonaquni adalarında sunami təhlükəsi elan edilib. Dalğaların hündürlüyü təxminən 1 metrə çata bilər.