“Moskva Rusiyada məhkum olunmuş amerikalılar Britni Qrayner və Pol Uilanla bağlı Vaşinqtonla dialoqa hazırdır, amma Amerikanın diplomatik missiyası ABŞ rəhbərliyinə müvafiq məsələ ilə bağlı dolğun məlumat vermək üçün ev sahibi ölkənin diplomatları ilə lazımi ünsiyyəti təmin etmir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Rusiyada məhkum olunmuş amerikalıların qohumları ABŞ Prezidenti Co Baydendən Rusiyanın məhbus mübadiləsi tələbləri ilə bağlı dəqiq izahat ala bilməyiblər.
“Məsələ budur ki, ABŞ-ın Moskvadakı səfirliyi ev sahibi ölkənin diplomatları ilə əlaqə saxlamaq kimi birbaşa rəsmi vəzifələrini yerinə yetirmək əvəzinə, bir növ media çılğınlığı ilə məşğuldur. Məişət səviyyəsində Rusiya rəhbərliyi və siyasətçiləri haqda videolar çəkir, “gülməli fotolar” dərc edirlər, istirahətdən sonra Moskva küçələrini gəzirlər. Dəfələrlə bəyan etmişik ki, Rusiyada məhkum olmuş ABŞ, ABŞ-da məhkum olmuş Rusiya vətəndaşlarının taleyinin həlli üçün danışıqlara hazırıq. ABŞ-ın Moskvadakı səfirliyinin bir dəqiqəlik boş vaxtı olarsa, bu barədə Prezident Baydenə, o da öz növbəsində Uilan və Qraynerin qohumlarına xəbər verəcək”, - Zaxarova bildirib.
Bundan əvvəl Bayden Ağ Evdə Qrayner və Uilanın qohumlarını qəbul edib. Görüşdən sonra Amerikanın aidiyyəti qurumları Rusiyada məhkum olunmuş həmvətənlərini vətənlərinə qaytarmaq üçün bütün mövcud imkanlardan istifadə etmək niyyətində olduqlarını açıqlayıblar.
Qreyner Rusiyada neft qaçaqmalçılığına görə, Uilan isə casusluğa görə məhkum edilib.
Vaşinqton bundan əvvəl Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Qreyner və Uilanla dəyişməyi təklif edib. Hələlik mübadilə ilə bağlı yekun razılaşmda əldə olunmayıb.