23 Sentyabr 2022 10:36
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski hesab edir ki, Rusiya lideri Vladimir Putin nüvə müharibəsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, Vadim Skibitski bu barədə "İTV News"a açıqlamasında bildirib.

“Ola bilər ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etsin. Onlar bizim hücum fəaliyyətimizi dayandırmağa və dövlətimizi məhv etməyə çalışacaqlar”, - o deyib.

Skibitsky əlavə edib ki, nüvə silahından istifadənin nəticələri digər ölkələrə, xüsusən də Polşa, Türkiyə və Bolqarıstana təsir edə bilər:

“Bu, digər ölkələr üçün təhlükədir. Taktiki nüvə silahlarının partlaması təkcə Ukraynaya deyil, həm də Qara dəniz regionuna öz təsirini göstərəcək.Çernobılın tarixini xatırlayırıq. Ola bilsin ki, bizim üçün daha bir fəlakət baş verə bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər