Rusiya ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında uçuşların təşkili ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Hələlik bu məsələ ilə bağlı heç bir qərar verilməyib”, - Kremlin sözçüsü bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən jurnalistlərə açıqlamasında demişdi ki, Ankara Rusiyanın Şimali Kipr Türk Respublikasına birbaşa uçuşlarının açılmasını alqışlayacaq. O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşlərdə Şimali Kipr məsələsini qaldırıb.
Bir müddət əvvəl Yunanıstan mediası Rusiyanın Moskvadan Şimali Kiprə birbaşa uçuşlar təşkil etməyə hazırlaşması barədə məlumat yayıb. Yunan mənbələrinin iddiasına görə, bu barədə Rusiya və Türkiyə liderləri arasında razılaşma əldə edilib.