24 Sentyabr 2022 13:32
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər şey dəyişib. Amma ortaq bir şey var: Ərdoğanın rolu. O, Krım tatarları ilə də razılığa gəlməkdə iştirak edib. O zaman ilk birbaşa görüş Ərdoğan və Putin arasında olub. İndi Səmərqənd zirvəsində də bunu təkrarladı”.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Poroşenko deyib.

Prezident Ərdoğanın taxıl böhranının həllində və indi də məhbus mübadiləsində rol oynadığını xatırladan Poroşenko deyib:

“Onun Putinə təzyiq etmək üçün alətləri var: Bir çox rusların Türkiyədə maraqları var, amma eyni zamanda, Ərdoğan heç vaxt Krımın Rusiyaya birləşdirilməsini tanımayıb. Bu müharibədə Ərdoğan vasitəçi ola bilər”.

“Putinin Azov batalyonunun əsgərlərini azad etməsi qəribə deyilmi?” sualına gəldikdə Poroşenko belə cavab verib: “Putinin bütün təbliğatları qarşısında qeyri-mümkün bir şey yoxdur. Ərdoğan da bunu bilir. Mən Putini tanıyıram və bu barədə üç şey deyə bilərəm:

"Birincisi, ona heç vaxt etibar etməyin, çünki o, hər şeydə yalan danışır. İkincisi, ondan qorxma.Üçüncüsü, Putin yalnız gücün dilini başa düşür”.


Müəllif: Nemət