24 Sentyabr 2022 14:31
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Misir üçün istehsal olunan Su-35-ləri İrana verməyi planlaşdırır. Qərarda Qərbdən Misirə edilən təzyiqlərin və İranın Moskvaya göndərdiyi İHA-ların təsirli olduğu bildirilib.

Teleqraf.com xəbər veriur ki, İran Hərbi Hava Qüvvələri iki həftə əvvəl Rusiyadan ən azı 60 ədəd Su-35 alacağını açıqlamışdı.

İranın Su-35 açıqlamasının Rusiyanın Ukrayna müharibəsində istifadə olunacaq İran istehsalı olan pilotsuz uçuş aparatlarının ilk partiyasını almasından sonra olması diqqət çəkib.

Rusiya Hərbi Hava Qüvvələrində 100-ə yaxın Su-35-in olması, qərbin sanksiyaları və istehsalın dayandırılması səbəbindən Rusiyanın Su-35-ləri İrana təhvil verə biləcəyi maraq doğururdu.

Ortaya çıxan xəbərlərdə Rusiyanın Misirin sifariş etdiyi Su-35-ləri İrana tədarük etməyi planlaşdırdığı iddia edilirdi. İstehsal edilən iyirmiyə yaxın döyüş təyyarəsinin Qərbin Misirə təzyiqləri səbəbindən reallaşa bilmədiyi və İranın bu fürsətdən istifadə edəcəyi bildirilir.

Hərbi analitiklər və sənaye ekspertləri Moskvaya göndərilən PUA-ların təsiri ilə İranın Su-35-ləri çox tez alacağını bildirirlər.


Müəllif: Nemət