Almaniya kansleri Angela Merkelin İtaliya və Fransada aparılan islahatların yetərli olmaması barədə fikrinə sərt reaksiya gəlib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Avropa parlamentinin deputatı, "Sol cəbhəsi" partiyasının lideri Jan-Luk Melanşon buna cavab olaraq, Twitter-dəki səhifəsində Merkeli təhqir edib.
Melanşon kansleri susmağa, öz işləri və kasıb almanlarla məşğul olmağa çağırıb.
Qeyd edək ki, Merkel adı çəkilən ölkələrlə bağlı tənqidi fikirlərini dünən “Die Welt” qəzetinə müsahibəsində deyib.
Samir