Bu gün saat 12:00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Teleqraf.com xəbər verir ki, Azərbaycan qanunvericiləri Milli Məclisin önünə toplaşaraq qəhramanlarımızı xatirəsini yad ediblər.