29 Sentyabr 2022 00:12
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk"ə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər:

"Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı. Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendum, hətta Rusiyanın səfərbərlik qərarı da narahatlıq doğurur. Bu, sabitliyi çətinləşdirir. Cənab Putin əgər ağlına nəyisə qoyursa, elə də edir".

O, sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər