Rusiya Şimal axını 1 və 2-ci boru kəmərlərindəki sızmalara görə ABŞ-ı hədəf alıb.
Teleqraf.com xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından məlum olur.
Rusiya Xarici İşlər Nazirliyi “Şimal axını” boru kəmərlərindəki sızmaların ABŞ xüsusi xidmət orqanlarının nəzarətində olan ərazidə baş verdiyini bildirib.
Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski sosial media hesabında “Şimal axını”nda qaz sızmasının görüntüsünü paylaşaraq “ABŞ-a təşəkkür edirəm” yazıb.
Rusiyanın Şimal axını 1”və 2-ci boru kəmərlərində baş verən partlayışlar qazın qiymətinin qlobal səviyyədə yüksəlməsinə səbəb olsa da, təxribat ehtimalına diqqət yetirilir. Qərb liderləri Putini günahlandırır, Rusiya isə təxribatda ABŞ-ın məsuliyyət daşıdığını açıqlayıb.