"Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında görüş yaxın vaxtlarda baş tuta bilər"
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan “Freedom” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bir neçə gündən sonra Praqada Ərdoğanla Paşinyan arasında görüş ola bilər: "Gündəm Ermənistan-Türkiyə həll prosesidir. Bu baxımdan bizim mövqelərimiz dəyişməyib.Biz iyul ayında üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və birbaşa hava yüklərinin daşınması imkanının yaradılması ilə bağlı məşhur razılaşma əldə olunanda görüşdük. Əslində, sentyabrın 14-də sərhəddə iki ölkənin müvafiq idarələrinin nümayəndələri arasında həmin iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi, amma sentyabrın 14-də Azərbaycanla sərhəddə baş verənlərə görə Türkiyə tərəfinin tələbi ilə görüş təxirə salınıb".