30 Sentyabr 2022 20:48
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə birgəyaşayışla bağlı razılaşmaq mümkün deyil, Ukrayna dialoqu Rusiyanın növbəti Prezidenti ilə aparacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook”da video paylaşımında qeyd edib.

Zelenski vurğulayıb ki, Ukrayna danışıqlarla bağlı səylərin əsas təşəbbüskarı olub və hələ də bu istiqamətdə liderdir. Onun sözlərinə görə, ölkəsi hər zaman Rusiyaya bərabərhüquqlu, vicdanlı və ədalətli şərtlərlə birgəyaşayış təklif edib:

“Aydındır ki, Rusiyanın hazırkı Prezidenti ilə bu, mümkün deyil. Ona görə də, biz artıq Rusiya ilə dialoqa Rusiyanın başqa Prezidenti ilə hazırıq”.

Ukrayna Prezidenti vurğulayıb ki, sülhün yeganə yolu Ukraynanın güclənməsi və işğalçıları qovması ilə mümkündür və Ukrayna bu yolla gedəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər