3 Oktyabr 2022 13:32
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Hərbi Hava Qüvvələri İsveç hərbçilərinin iştirakı ilə genişmiqyaslı “Ruska 22” (Qızıl payız) ​​payız təlimlərinə başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri bəyan edib.

Finlandiya Hərbi Hava Qüvvələrinin bütün bölmələrinin iştirak edəcəyi təlimlər oktyabrın 3-dən 8-dək keçiriləcək. Təlimlərə 3700 hərbçi, o cümlədən 2400 ehtiyatda olan əsgər cəlb olunacaq.

Manevrlərdə əksəriyyəti F/A-18 Hornet qırıcıları, həmçinin Hawk təlimçiləri və nəqliyyat təyyarələri olmaqla 50 təyyarə iştirak edəcək. Bundan əlavə, İsveç Hərbi Hava Qüvvələrinin bölmələri və JAS 39 Gripen qırıcıları da təlimdə olacaq. Avadanlıq Suomi boyunca səkkiz aerodromda yerləşdiriləcək.

Təlim planına həm aşağı hündürlükdə uçuşlar, həm də 10 km-dən yuxarı səsdən sürətli uçuşlar daxildir.

Qeyd olunur ki, manevrlərin məqsədi ehtiyatda olan hərbçilərin hazırlanması və İsveç Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqdır.

Xatırladaq ki, hazırda Finlandiya və İsveç NATO-ya üzvülük üçün rəsmən müraciət edib və hər iki ölkə Rusiyanın Ukraynaya qarşı hərbi addımlarına qarşı çıxır. Üstəlik Finlandiyanın Rusiya ilə 1500 kilometrə qədər sərhədinin olduğu nəzərə alınanda təlimlərin gerçək məqsədi də aydınlaşır.


Müəllif: Nemət

Oxşar xəbərlər