Türkiyənin baş naziri Əhməd Davudoğlu Polşaya rəsmi səfərə gedib.
Teleqraf.com-un məlumatına görə, səfərinin ilk günündə qalacağı otelə gedən Davudoğlu burda xoş bir sürprizlə qarşılaşıb.
Oteldə Əhməd Davudoğlunu Türkiyənin İstiqlal marşını (dövlət himni) oxuyan xor qarşılayıb.
Xoru alqışla qarşılayan baş nazir daha sonra onların səsləndirdiyi “Cəddin dədən” marşını onlarla birlikdə oxuyub. /anspress.com/