Ukrayna qış ərəfəsində bir sıra əsas hərbi məqsədlərə nail olmaq və rus ordusuna qarşı mübarizədə mövqelərini möhkəmləndirmək iqtidarındadır.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonda beynəlxalq təhlükəsizlik məsələlərinə nəzarət edən Selest Uollander bildirib.
O, Ukraynanın Xerson vilayətində son vaxtlar gördüyü səyləri, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Donetsk vilayətlərində uğurlarını qeyd edib.
Qeyd edək ki, Ukrayna qoşunları möhkəmləndirilmiş rus cəbhəsini yarıb Dnepr boyunca sürətlə irəliləyərək minlərlə rus əsgərini təchizat mənbələrindən kəsməklə hədələyib.
“Ukrayna, görünür, indi hər üç məqsədə çatmaq yolundadır. Məqsəd Dnepr çayının qərb sahilindəki Rusiya körpübaşını sıxışdırıb çıxarmaqdır”,- Uollander deyib.
O izah edib ki, bütün bunlar Ukraynaya qışda ən aktiv hərbi əməliyyatlarda ehtimal olunan süqutu gözləmək üçün daha yaxşı müdafiə mövqeyi verir: “Ukraynanın ötən cümə günü Limanı azad etməsi Rusiyanın təchizatları artırmaq və qoşunları bütün cəbhə xətti boyunca hərəkət etdirmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək”.